“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

Bir dövrün ən çox izlənilən seriallarından olan "Aşk-ı Memnu" illər keçməsinə baxmayaraq, gündəmdəki yerini qoruyur. Serialda canlandırdığı Katya obrazı ilə yaddaşlara həkk olunan aktrisa Ufuk Kaplan uzun bir fasilədən sonra yenidən diqqət mərkəzindədir.

Referans Media “milli.az”a istinadla xəbər verir ki, Kaplanın son halı izləyiciləri təəccübləndirib.

1972-ci il İstanbul doğumlu olan Ufuk Kaplan, əslən yalovalıdır. "Aşk-ı Memnu"dakı Katya rolu ilə geniş kütləyə tanınsa da, Kaplanın aktyorluq karyerası bu layihədən çox əvvələ dayanır.

2008-2010-cu illərdə yayımlanan "Aşk-ı Memnu" sadəcə mövzusu ilə deyil, aktyor heyəti ilə də böyük səs-küy yaratmışdı.

Beren Saat, Kıvanç Tatlıtuğ, Nebahat Çehre və Səlcuq Yöntəmin baş rollarını paylaşdığı serialda Ufuk Kaplanın canlandırdığı Katya obrazı, Firdevs xanımın sirdaşı kimi intriqaların və sirlərin mərkəzində yer alırdı.






  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki