Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda üz-üzə gəlib.
Referans Media xəbər verir ki, “Azərsun Arena”nın məşq meydançasında təşkil edilən görüşdə kollektivlər 30 dəqiqəlik 4 hissə oynayıblar.
Matç Qurban Qurbanovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahiblərindən Kamilo Duran, Bəhruz Qurbanlı və Leandro Andrade fərqləniblər.
Qonaqlarda isə George Papunaşvili diqqət mərkəzinə düşüb.
Ağdam klubu yeni mövsümə Avstriyanın Tirol əyalətində, “Zirə” isə Türkiyənin Bolu şəhərində hazırlaşacaq.
