ABŞ Prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşner İranla danışıqlar üçün İsveçrədə səfərdədirlər.
Referans Media “Axios”a istinadla xəbər verir ki, onlar bazar günü İranla potensial nüvə sazişi üzrə danışıqların ilk mərhələsini keçirəcəklər.
İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlara qoşulmaq üçün şənbə günü İsveçrəyə səfər edib.
Qeyd edək ki, danışıqların cümə günü keçirilməsi planlaşdırılırdı, lakin Livanda İsrail ilə “Hizbullah” arasında gedən döyüşlər səbəbindən təxirə salınıb. Bu səbəbdən ABŞ vitse-prezidenti Cey. Di. Vensin səfəri də ləğv edilib.
