Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində altı nəfər həyatını itirib.
Referans Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yüngül mühərrikli Cessna 210 təyyarəsi La Paz şəhərindən Koçabambaya humanitar uçuş həyata keçirib. Uçuş zamanı ekipajla əlaqə qəfil kəsilib və bundan sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Xilasedicilər daha sonra təyyarənin qalıqlarını aşkar ediblər. Rəsmi məlumata əsasən, qəza nəticəsində sağ qalan olmayıb.
Təyyarədə dörd hərbçi və iki mülki şəxs olmaqla ümumilikdə altı nəfər olub. Onların hamısı həlak olub.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır. Faktla bağlı səlahiyyətli qurumlar tərəfindən istintaq aparılır./ajansaz
