Qardaş qardaşını bıçaqladı – Balakəndə ailə münaqişəsi

Balakəndə bıçaqlanma hadisəsi baş verib.


Referans Media  APA-ya istinadla xəbər verir ki, hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində baş verib.

Belə ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahov və qardaşı 1957-ci il təvəllüdlü Məhəmməd Malahov arasında mübahisə baş verib.

Mübahisə zamanı M. Malahov özündən 3 yaş kiçik qardaşı S. Malahova bıçaqla sinəsindən xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli sayılan M. Malahov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki