Sudanda xəstəxanaya hücum edilib.
Referans Media xəbər verir ki, hadisə Əl-Deyn şəhərində baş verib.
Məlumata görə, nəticədə aralarında 13 uşaq da olmaqla azı 64 nəfər həlak olub, 89 nəfər yaralanıb.
“Bu faciə nəticəsində Sudan müharibəsi zamanı tibb müəssisələrinə edilən hücumlarda ölənlərin ümumi sayı 2 000 nəfəri keçib. Təxminən üç illik münaqişədə ÜST Əl-Deyndəki hücum da daxil olmaqla, tibb müəssisələrinə 213 hücumda 2 036 ölüm hadisəsini təsdiqləyib”, – deyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus sosial media hesabında yazıb.
O, Sudan müharibəsi zamanı tibb müəssisələrinə hücumlarda 720 nəfərdən çox insanın yaralandığını qeyd edib.























