Bu ölkənin lideri Trampın zənglərini cavabsız qoydu: 4 dəfə cəhd edib

  ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə dörd dəfə telefonla danışmağa çalışıb.

Referans   xəbər verir ki, bu barədə FAZ nəşri məlumat yayıb.

Bildirilib ki, Tramp Modiyə dörd dəfə zəng etsə də, baş nazir ardıcıl olaraq dialoqdan imtina edib.

Nəşrin analitiklərinin fikrincə, amerikalı siyasətçinin kəskin addımlarına və bəyanatlarına cavab olaraq Yeni Dehli bu cür reaksiya göstərib.

İyulun sonunda Tramp bir sıra Hindistan mallarına 25 faizlik gömrük rüsumunu elan edib və Rusiya neftinin alışına görə Hindistana əlavə sanksiyaların tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Kulminasiya nöqtəsi sosial mediada ictimai reaksiya olub, burada Tramp Hindistan iqtisadiyyatını “ölü” adlandırıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki