Əməkdar artist vəfat etdi - Yeniləndi

Azərbaycanın Əməkdar artisti, tanınmış diktor Sevda Saleh Məmmədzadə vəfat edib.

Referans Media xəbər verir ki, bu barədə "Report"a mərhumun ailəsindən məlumat verilib.

Bildirilib ki, 95 yaşlı veteran diktor sentyabrın 18-da müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, uzun illər Azərbaycan Radiosunda çalışmış Sevda Saleh sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi.

***

Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhəti ağırlaşıb.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, komaya düşən diktorun qızı Gültən Ramazanova anasının vəziyyətinin kritik olduğunu və həkimlərin onun səhhəti ilə bağlı ümidli olmadığını bildirib:

“Anamın böyrəkləri fəaliyyətini dayandırıb. Həkim dedi ki, son saatlarıdır, orqanizm tab gətirmədi. Anam komadan ayılmadı. Hər şey sondur. Həkimlər ümidli deyil. Vəziyyəti hər saat pisləşir”.

Qeyd edək ki, Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki