BVF-dən müharibə xəbərdarlığı: Dünya iqtisadiyyatı durğunluq həddində

Beynəlxalq Valyuta Fondu İran ətrafında müharibənin genişlənməsi və neft bazarındakı fasilələrin qlobal iqtisadiyyatı resessiya həddinə yaxınlaşdıra biləcəyi barədə xəbərdarlıq edib.

Qurumun ən pis ssenarisinə görə, enerji bazarındakı ardıcıl şoklar qlobal iqtisadi artımı 3,1%-dən 2%-ə qədər azalda bilər. Bu halda neftin qiymətinin 2026-cı ildə orta hesabla 110 dollar, 2027-ci ildə isə 125 dollar olacağı gözlənilir.

Ən optimist ssenaridə münaqişənin qısa sürəcəyi və neft qiymətlərinin 2026-cı ilin ikinci yarısında sabitləşərək illik orta 82 dollar səviyyəsində qalacağı proqnozlaşdırılır.

“Orta ssenari” isə daha uzunmüddətli münaqişəni nəzərdə tutur. Bu halda neftin qiymətinin bu il 100 dollar, 2027-ci ildə isə 75 dollar civarında olacağı, qlobal artımın isə 3,4%-dən 2,5%-ə enəcəyi ehtimal edilir.

BVF-nin baş iqtisadçısı Pierre-Olivier Gourinchas bildirib ki, enerji sektorundakı problemlərin davam etməsi və münaqişənin həlli üçün aydın yolun olmaması mənfi ssenarinin reallaşma ehtimalını artırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki