Kuba Prezidenti Miguel Diaz-Canel ABŞ Prezidenti Donald Trampın “çox gec olmamışdan əvvəl razılaşma əldə edin” çağırışına sərt cavab verib.
Referans Media xəbər verir ki, Canel öz sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Kuba azad, müstəqil və suveren bir dövlətdir və heç kim ölkəyə nə edəcəyini dikte edə bilməz.
Prezident həmçinin vurğulayıb ki, Kuba xalqı vətənini qorumaq üçün son damla qanına qədər mübarizə aparmağa hazırdır və heç bir xarici təhdid onları yolundan döndərə bilməz.
O, ABŞ-ın 66 il ərzində Kuba üzərinə tətbiq etdiyi təzyiqləri xatırladaraq, ölkəsinin heç vaxt hücumkar olmadığını da qeyd edib.























