Çempionlar Liqasında Arda Güler şoku: Mourinyo səbəbini açıqladı

“Real Madrid” Çempionlar Liqasının 2026/27 mövsümünün ilk turunda doğma meydanda “İnter”i qəbul edəcək. Santiyaqo Bernabeuda keçiriləcək qarşılaşma öncəsi komandanın baş məşqçisi Joze Mourinyo heyətlə bağlı mühüm açıqlamalar verib.

Referans Media xəbər verir ki, portuqaliyalı mütəxəssis Arda Gülerlə yanaşı, Eduardo Kamavinqa və Bernardo Silvanın da “İnter”ə qarşı matçda forma geyinməyəcəyini bildirib.  Arda Güler Çempionlar Liqasının ilk oyununda komandasına kömək edə bilməyəcək. Arda ötən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bayern Münhen”ə qarşı cavab oyununda qırmızı vərəqə alıb. “Real Madrid” həmin qarşılaşmada 4:3 hesabı ilə məğlub olaraq turnirdən kənarda qalıb. Qırmızı vərəqəyə görə cəza alan Arda Güler yeni mövsümün ilk Çempionlar Liqası matçını buraxmalı olacaq.

Mourinyoya mətbuat konfransında Arda Güler, Kamavinqa və Bernardo Silvanın yoxluğunda Trent Aleksander-Arnoldun mərkəzdə oynayıb-oynamayacağı barədə sual verilib. Portuqaliyalı baş məşqçi taktiki planını rəqibə açıqlamaq istəmədiyini bildirib.

“Bağışla, amma bu barədə sənə heç nə deməyəcəyəm. İstəsəm, sözü uzadıb dəqiqələrlə danışa bilərəm. Amma vəziyyət aydındır: üçü də – Bernardo, Kamavinqa və Güler – heyətdə olmayacaq”, - Mourinyo deyib.

Mourinyo “İnter”lə qarşılaşmada orta sahədə bir neçə fərqli variantının olduğunu da vurğulayıb. “Alqoritm belə qərar verdi. Sualının çox yaxşı olduğunu bilirəm və bunu soruşacağını da gözləyirdim. Amma vəziyyət belədir. Əlimizdə beş fərqli seçim var. İstəsək, onların hər biri barədə ayrıca danışa bilərik. Amma sonda sənə heç bir ipucu verməyəcəyəm”, - təcrübəli mütəxəssis bildirib.

Beləliklə, “Real Madrid” Çempionlar Liqasının ilk turunda “İnter”ə qarşı vacib üç futbolçusunun xidmətindən yararlana bilməyəcək. Arda Güler isə kart cəzası səbəbindən mövsümün ilk Avropa oyununu tribunadan izləməli olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki