Futbolsevərlərin gözlədiyi gecə: “Qalatasaray” meydana çıxır

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu davam edir.

Referans Media xəbər verir ki, açılış turunun ikinci günündə daha 6 oyun keçiriləcək.

Azərbaycan çempionu "Sabah"ın rəqiblərindən olan "Barselona" İspaniyada Niderlandın "Feyenoord", "Napoli" isə İngiltərənin "Arsenal" komandasını qəbul edəcək. 
Gecənin daha bir mərkəzi oyununda "Liverpul" "Atletiko Madrid" ilə üz-üzə gələcək. Türkiyə çempionu "Qalatasaray" isə "Sportinq"in qonağı olacaq. 

Qeyd edək ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsində təmsil edəcək "Sabah" ilk sınağına sabah - 10 sentyabrda çıxacaq. "Bayquşlar" İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq. 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 1-ci tur

9 sentyabr

20:45. Barselona (İspaniya) – Feyenoord (Niderland)
20:45. Ştutqart (Almaniya) – Vikinq (Norveç)
23:00. Liverpul (İngiltərə) – Atletiko Madrid (İspaniya)
23:00. Napoli (İtaliya) – Arsenal (İngiltərə)
23:00. PSJ (Fransa) – Slovan (Slovakiya)
23:00. Sportinq (Portuqaliya) – Qalatasaray (Türkiyə)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki