Hakim Ziyeçin yeni komandası bəlli oldu: Karyerasında ilk dəfə bu ölkəyə gedir

Bir müddət “Qalatasaray”ın formasını geyinən Mərakeşli futbolçu Hakim Ziyeçin yeni komandası bəlli olub. 33 yaşlı hücumçu karyerasında ilk dəfə Cənubi Amerikada çıxış edəcək.

Referans Media xəbər verir ki, son olaraq ölkəsinin “Vidad” klubunda çıxış edən və hazırda azad agent statusunda olan Hakim Ziyeç Braziliyanın “Botafoqo” klubu ilə razılığa gəlib.

Transfer xəbərləri ilə tanınan jurnalist Fabrizio Romanonun məlumatına görə, Mərakeş millisinin üzvü yeni klubuna keçidi rəsmiləşdirmək üçün Braziliyaya yollanacaq. Tərəflər arasında razılıq əldə olunub və futbolçunun yaxın günlərdə rəsmi müqaviləyə imza atması gözlənilir.

Beləliklə, Ziyeç karyerasında ilk dəfə Cənubi Amerika qitəsində və Braziliya çempionatında çıxış edəcək.

Hakim Ziyeç son mövsümdə “Vidad”ın heyətində 16 rəsmi oyunda meydana çıxıb. Təcrübəli futbolçu bu görüşlərdə 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

33 yaşlı hücumçunun Braziliya macərasında da yüksək məhsuldarlığını davam etdirib-etdirməyəcəyi maraqla gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki