"Fənərbaxça"da ayrılıq rəsmiləşir: Ulduz futbolçu Türkiyədən təkbaşına getdi

"Fənərbaxça"da yeni mövsüm üçün heyət planlaması davam edərkən komandada daha bir ayrılıq gündəmə gəlib.

Referans Media xəbər verir ki, Braziliyalı müdafiəçi Rodrigo Bekaonun İstanbul təmsilçisinin gələcək planlarında yer almadığı və klubdan ayrılacağı bildirilib. 30 yaşlı futbolçu transfer danışıqlarını yekunlaşdırmaq və tibbi müayinədən keçmək üçün Türkiyədən Rusiyaya yollanıb.

Bekao-nun Rusiyanın “Rodina Moskva” klubuna keçəcəyi gözlənilir. Futbolçunun transfer prosesini tibbi yoxlamalardan sonra tamamlaması planlaşdırılır.

Braziliyalı müdafiəçi 2023/24 mövsümünün əvvəlində İtaliyanın “Udineze” klubundan 8,3 milyon avro qarşılığında "Fənərbaxça"ya transfer olunmuşdu.

Lakin Bekao İstanbul klubunda gözlənilən sabitliyi əldə edə bilməyib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Kasımpaşa”da keçirib.

Bekao "Fənərbaxça"nın heyətində ümumilikdə 38 rəsmi oyuna çıxıb. Bu qarşılaşmalarda 2 qol vuran müdafiəçi 1 məhsuldar ötürmə ilə də yadda qalıb.

"Fənərbaxça"nın heyətində legioner limiti ilə bağlı aparılan dəyişikliklər və yeni transfer planları fonunda Bekao ilə yolların ayrılması artıq son mərhələyə çatıb.
 
 
 
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki