UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunları davam edir.
Referans Media xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” qitənin ən nüfozlu klub turnirində növbəti sınağına bu gün çıxacaq.
Təmsilçimiz “Nyukasl” komandasını qəbul edəcək. Beləliklə, Qurban Qurbanovun komandası ölkə tarixində ilk dəfə keçirəcəyi pley-off oyununda bu mövsüm “Çelsi” və “Liverpul”dan sonra üçüncü dəfə İngiltərə klubu ilə qarşı-qarşıya gələcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu fevralın 24-dən 25-nə keçən gecə baş tutacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
18 fevral
21:45. “Qarabağ” – “Nyukasl” (İngiltərə)
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias, Siqurd Krinqstad (hamısı Norveç)
VAR: Rob Diperink, Dennis Hiqler (Niderland). Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya).
UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva).
Tofiq Bəhramov adına Respublika Stadionu.























