Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb

Referans Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Nazirlər ikitərəfli gündəliyi nəzərdən keçirib, Azərbaycan-Aİ münasibətlərini müzakirə edib və əsas regional və beynəlxalq məsələlər, o cümlədən regional təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki