Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib.
Referans Media xəbər verir ki, “Changan” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb.
Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb.
Qəzaya uğrayan nəqliyyat vasitəsini ərazidən götürmək üçün ağır texnika cəlb edilib./“Qafqazinfo”/
