Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Referans Media xəbər verir ki, hadisə noyabrın 17-də saat 19:00 radələrində rayonun Qədili kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü İlyas Aslanovun idarə etdiyi "Chevrolet Niva" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarına aşıb.
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Əziz Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır./sfera.az/
