Dostunun evində öldü

Bakıda evdən 58 yaşlı kişinin meyiti tapılıb.

Referans Media  xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Dünən saat 14 radələrində Cəlilabad rayon sakini 1968-ci il təvəllüdlü Zakir Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı qəsəbədəki evlərdən birinin hamam otağında aşkar edilib.

Evin onun dostu A.Məmmədova məxsus olması bildirilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki