Yeni il bayramını Azərbaycanın bölgələrində yerləşən hotellərdə qarşılamaq istəyənlər üçün cari bayram paketlərinin qiymətləri məlum olub.
Referans Media yenisabah-a istinadən xəbər verir ki, siyahıda 31 dekabr giriş – 2 yanvar çıxış olmaqla, 2 nəfər üçün 2 gecəlik başlanğıc qiymətlər əksini tapıb.
Paketlərə ümumi olaraq şam yeməyi, səhər yeməyi, bayram şou-proqramları və SPA xidmətləri daxildir.
Tariflərə əsasən, ən münasib qiymət Şəki və Qax bölgələrində qeydə alınıb.
Belə ki, “Sheki Palace Hotel”də (Şəki) 2 gecəlik paket 740 manatdan (qala şam yeməyi, qala gecəsi, səhər yeməyi və s.), “El Resort Qakh Hotel”də (Qax) isə 799 manatdan (səhər və qala şam yeməyi, Yeni il əyləncəsi, SPA xidmətləri və s.) başlayır.
Qarabağ və Şərqi Zəngəzur bölgələrində yerləşən hotellərdə də Yeni il paketləri təklif olunur. Zəngilandakı “Ağalı Hotel”də qiymət 900 manat (qala gecəsi, gündə 3 dəfə qidalanma, əyləncə, canlı musiqi və s.), “Shusha Hotel”də (Şuşa) 1100 manat (qala gecəsi, səhər və şam yeməyi, şou-proqram, xüsusi qonaqlar və s.), “Lachin Resort & Spa”da (Laçın) isə 1660 manat (qala şam yeməyi, 3 dəfə qidalanma, SPA xidmətləri, xüsusi qonaq və s.) təşkil edir.
Şimal bölgəsi üzrə Quba və Qusarda qiymətlər geniş aralıqda dəyişir. Qubada yerləşən “Macara Lake Park Quba” 1090 manat (qala gecəsi, səhər yeməyi, SPA xidmətləri, xüsusi qonaqlar və s.), “Grotto Resort” 1100 manat (qala şam yeməyi, səhər yeməyi və s.), “Quba Palace Hotel” isə 2100 manat (qala şam yeməyi, səhər və şam yeməkləri, xüsusi qonaqlar, SPA xidmətləri və s.) qiymət müəyyənləşdirib. Qusardakı “Deluxe Park Qusar”da qiymət 1180 manat (qala gecəsi, əyləncə proqramı, xüsusi qonaq və s.), “Hill Park Qusar”da 1480 manat (qala şam yeməyi, canlı musiqi, əyləncə proqramı, xüsusi qonaq, SPA xidmətləri və s.), siyahının ən bahalı hoteli olan “Pik Palace”da isə 2800 manatdır (qala şam yeməyi, səhər yeməyi, xüsusi qonaq və s.). Bundan başqa, Şabrandakı “Shabran Wellbeing Resort”da 1 gecəlik qiymət 1490 manat (qala gecəsi, səhər yeməyi, SPA xidmətləri, canlı musiqi, xüsusi qonaq və s.) olaraq göstərilib.
Qəbələ, Şəki, İsmayıllı, Şamaxı və Lənkəran hotellərində də Yeni il istirahəti üçün müxtəlif paketlər təqdim olunur. Qəbələdə “Qabala Garden Hotel” 1106 manat (qala şam yeməyi, SPA xidmətləri, əyləncə, xüsusi qonaq və s.), “Hill Chalet Hotel & Resort” 1200 manat (səhər yeməyi, əyləncə proqramları, qala gecəsi, Türk hamamı, xüsusi qonaq və s.), “Yengicə Thermal Resort” 1460 manat (qala gecəsi, 3 dəfə qidalanma, şou-proqram, canlı musiqi və s.), “Qafqaz Riverside” 1677 manat (qala gecəsi, səhər yeməyi, canlı musiqi, əyləncə, SPA və sağlamlıq xidmətləri, xüsusi qonaq və s.), “Qafqaz Tufandag Hotel” isə 1788 manat (qala şam yeməyi, səhər yeməyi, əyləncə proqramı, canlı musiqi, xüsusi qonaqlar, SPA və sağlamlıq xidmətləri və s.) təklif edir.
Digər bölgələrə gəldikdə, Şamaxıdakı “Shirvan Grand Hotel”də qiymət 1140 manat (qala gecəsi, SPA xidmətləri, səhər yeməyi, əyləncə proqramı və s.), “Shamakhi Palace Sharadil”də 1790 manat (3 dəfə qidalanma, müğənnilər, şou-proqram, SPA xidmətləri və s.), Lənkərandakı “Lankaran Springs Resort”da 1500 manat (qala gecəsi, gündə 3 dəfə qidalanma, əyləncə proqramları və s.), Şəkidəki “Marxal Resort & Spa”da 1750 manat (qala şam yeməyi, səhər yeməyi, əyləncə proqramları, xüsusi qonaq, SPA xidmətləri və s.), İsmayıllıdakı “Basqal Resort & Spa”da isə 1820 manat (qala şam yeməyi, səhər və axşam yeməyi, SPA xidmətləri, xüsusi qonaq, əyləncə proqramı və s.) təşkil edir.
Qeyd edək ki, göstərilən qiymətlər başlanğıc tariflərdir və hotellərdəki doluluq səviyyəsindən asılı olaraq dəyişə bilər.
