Gəncədə “Hyundai” mağazaya çırpıldı - Fotolar

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Ülvü Şükürov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşısına çıxan digər maşınla qəza etməmək üçün yol kənarında yerləşən “Zoo mağaza”ya çırpıb.

İlkin məlumata görə, qəza zamanı sürücü xəsarət alaraq Gəncədəki xəstəxanaların birinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb./“Qafqazinfo”/



Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki