Acun Ilıcalının beşinci övladı olacaq?

Türkiyəli iş adamı Acun Ilıcalı və həyat yoldaşı Ayça Çağla ilə bağlı yeni iddia gündəmə gəlib.

Referans Media  xəbər verir ki, bir müddətdir kameralardan uzaq olan cütlüyün övladı olacağı iddia edilib.

Türk mediasında yayılan xəbərə görə, 27 yaşlı Çağla hamilədir.

Cütlükdən hələlik iddialarla bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Acun və Çağla 2024-cü ilin sentyabrında ailə qurublar. Acunun 4 qız övladı var./Sfera.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki