Çin bu ilin ikinci yarısında Ayın cənub qütbünü araşdıracaq “Çanq’ı 7” missiyasını kosmosa göndərməyə hazırlaşır. Aparat artıq Vınçanq Kosmodromu mərkəzinə çatdırılıb və son testlər aparılır.
Missiya çərçivəsində Ay səthinə dəqiq eniş, hərəkət və kölgədə qalan kraterlərin tədqiqi kimi texnologiyaların sınaqdan keçirilməsi planlaşdırılır. Əsas məqsəd isə cənub qütbündə mühit və resursların öyrənilməsidir.
Çin 2030-cu ilə qədər Aya insan göndərməyi, 2050-yə qədər isə “Beynəlxalq Ay Tədqiqat Bazası” qurmağı hədəfləyir. Bu plan çərçivəsində “Çanq’ı 7”dən sonra daha bir neçə missiyanın həyata keçirilməsi nəzərdə tutulur.























