Çin nəhəngindən gözlənilməz qərar - Məşhur yolsuzluq avtomobili qonşu ölkədə yığılacaq

Çinin Haval avtomobil markası H9 yolsuzluq avtomobillərinin Rusiyada istehsalına hazırlaşır.

Referans Media xəbər verir ki, Haval H9 modelinin Kalininqraddakı “Avtotor” zavodunda yığılması planlaşdırılır.

Məlumata görə, bu qərarın əsas səbəblərindən biri yüksək utilizasiya rüsumları fonunda hazır avtomobillərin idxalının əvvəlki qədər sərfəli olmamasıdır. “Avtotor”un seçilməsində isə daha əlverişli logistika və istehsal üçün nəzərdə tutulan güzəştlərin rol oynadığı bildirilir.

Mənbələr ehtimal edirlər ki, Haval şirkətinə Kaluqadakı müəssisədə eyni güzəştli lokallaşdırma şərtləri ilə daha bir model istehsal etməyə icazə verilməmiş ola bilər. Digər ehtimala görə, həmin zavodun istehsal gücü məhduddur və onun genişləndirilməsi məqsədəuyğun hesab edilmir.

Haval H9-a tələbatın yüksək olmayacağı gözlənilir. Bununla belə, modelin dövlət satınalmalarına buraxılması satışlara əlavə dəstək verə bilər.
Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki