İtaliyanın “İnter” klubunun əfsanəvi futbolçusu Sandro Mazzola 83 yaşında dünyasını dəyişib.
Referans Media xəbər verir ki, klubun mətbuat xidməti keçmiş hücumçunun vəfat etdiyini açıqlayıb.
Mazzola 18 yaşında “İnter”in əsas komandasında debüt edib və 1977-ci ilə qədər klubun formasını geyinib. O, “İnter”lə 4 dəfə İtaliya çempionu olub, 2 Çempionlar Kuboku və 2 Qitələrarası Kubok qazanıb. Ümumilikdə klubda 565 oyuna çıxaraq 158 qol vurub.
İtaliya millisində 70 oyun keçirən Mazzola 22 qola imza atıb. O, 1968-ci ildə Avropa çempionu olub, 1970-ci ildə isə Dünya Kubokunda gümüş medal qazanıb.
Qeyd edək ki, Mazzolanın atası, “Torino”nun futbolçusu Valentino Mazzola, 1949-cu ildə baş verən təyyarə qəzasında komanda yoldaşları ilə birlikdə həlak olub./Sfera.az
