Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb.
Referans Media xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Uzun müddətdir klubunda meydana çıxmayan, lakin bundan öncə yığma komandaya çağırılan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu dəfə milliyə dəvət almayıb.
Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə qarşılaşacaq.
Qapıçılar: Aydın Bayramov, Rəvan Mirzəmmədov, Emil Balayev
Müdafiəçilər: Bədavi Hüseynov, Murad Xaçayev, Cəlal Hüseynov, Anton Krivotsyuk, Rahil Məmmədov, Elvin Bədəlov, Rəhman Daşdəmirov, Toral Bayramov, Tellur Mütəllimov, Rüfət Abbasov.
Yarımmüdafiəçilər: Ceyhun Nuriyev, Edqar Adilxanov, Emin Mahmudov, Fərid Yusifli, Rəhim Sadıxov, Rüfət Abdullazadə, Emil Səfərov, Abdulla Xaybullayev, Aleksey İsayev, Oruc Məmmədov, Ayxan Hüseynov, Anatoli Nuriyev, Mustafa Əhmədzadə.
Hücumçular: Vüsal İsgəndərli, Musa Qurbanlı, Mahir Emreli, Renat Dadaşov.
