Mbappe sponsorunu dəyişdi: Görün kimin şirkəti ilə anlaşdı

“Real Madrid” və Fransa millisinin hücumçusu Kilian Mbappe uzun müddətdir texniki sponsoru olan şirkətini dəyişmək qərarına gəlib.

Referans Media xəbər verir ki, ulduz futbolçu Amerikanın “Nike” şirkətindən ayrılıb və əfsanəvi tennisçi Rocer Federerin ortaq sahibi olduğu İsveçrənin “On” idman brendi ilə müqavilə imzalayıb.

Mbappe peşəkar karyerası boyunca dünyanın aparıcı idmançıları ilə yanaşı, “Nike” şirkətinin əsas siması və səfiri olub. Lakin son illərdə qlobal idman və futbolda iştirakını aqressiv şəkildə genişləndirən İsveçrə brendinin təklifi maliyyə və imic qurma baxımından daha cəlbedici olub.

Xarici insayderlər qeyd edirlər ki, müqavilə yalnız rekord məbləğdə ödənişləri deyil, həm də unikal markalı avadanlıq xəttinin hazırlanmasını, eləcə də birgə uzunmüddətli sosial və media layihələrini əhatə edir./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki