image-ay79backend

Daha əvvəl məlum deyildi: Ayda iki yeni kəşf

Çinli alimlər Ayda daha əvvəl məlum olmayan iki mineral aşkar ediblər.

Referans Media xəbər verir ki, bu barədə “Global Times” nəşri məlumat yayıb.

Bildirilib ki, mineralların kəşfi Siçuan əyalətinin Çenqqu şəhərində keçirilən 11-ci Çin Kosmik Gününün açılış mərasimində elan edilib.

“Chang’e-5” roveri tərəfindən toplanan qaya və torpaq nümunələrində tapılan fosfat minerallarına “maqneziochangisite-(Y)” və “changisite-(Ce)” adı verilib.

Nadir torpaq fosfat kateqoriyasında olan bu minerallar Beynəlxalq Mineralogiya Birliyinin Yeni Minerallar, Terminlər və Təsnifat Komissiyası tərəfindən təsnif və təsdiq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki