İsrail ABŞ-İran danışıqlar prosesini pozmaq üçün fürsət gözləyir.
Referans Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkffla telefonla danışıqları müzakirə edib.
Fidan sazişin bütün detallarını və texniki aspektlərini dərhal həll etməyin çətin olacağını və zaman-zaman çıxılmaz vəziyyətlərin yarana biləcəyini bildirib.
"Əlbəttə ki, ilk fürsətdə vəziyyəti pozmaq üçün uyğun anı gözləyən İsrail həmişə var", - Türkiyənin xarici işlər naziri bildirib.
