Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media  xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi, Yeni Ramana yolunda qeydə alınıb.

Hadisənin videogörüntüləri sosial şəbəkədə bloqer Saleh Nəsirov tərəfindən paylaşılıb.

Belə ki, 214 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı, 10-TG-815 dövlət qeydiyyat nişanlı avtobus piyadanın üstündən keçib.

Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki