İsrailin qərargah rəisi Livanda: Döyüşə hazır olun!

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Livanda elan edilən atəşkəs rejimini “kövrək” adlandırıb və əsgərlərə hərbi əməliyyatların bərpası üçün yüksək səviyyədə hazırlığı qorumağı əmr edib.

Referans Media  xəbər verir ki, o, bu barədə Livanın cənubunda yerləşən İsrail bölmələrini ziyarət edərkən deyib.

"Elan edilmiş atəşkəs kövrəkdir, hərbi əməliyyatları bərpa etmək, təhdidləri aradan qaldırmaq və zəruri hallarda əməliyyatları bərpa etmək üçün tez hərəkət etmək məqsədilə yüksək səviyyədə hazırlığı saxlamalıyıq. İsrail ordusunun bütün resursları bu işə yönəlib. Biz mübarizəni davam etdiririk, məqsədimiz bəllidir: İsrailin şimalındakı yaşayış məntəqələrini və İsrail mülki əhalisini qorumaq", - o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki