"Vzqlyad" nəşri: "Ermənistanda diktaturun qurulması başa çatıb"
"Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb"
Rusiya mediasında Ermənistandakı seçkilərdən sonrakı vəziyyətə dair təhlil yazıları artıb. Demək olar ki, hər gün bu mövzuda xüsusilə seçkilərin saxtalaşdırıldığı və daxili vəziyyətin hər keçən gün daha da gərginləşdiyi haqda yazılar dərc edilir. Həftəsonu bu mövzuda iki diqqətçəkən yazı dərc edilib.
“Ermənistan diktaturasının qurulması başa çatıb və hazırda “daxili bəzək işləri” aparılır. Nikol Paşinyan açıq şəkildə bəyan edir ki, nə olursa olsun, başqa seçkilər olmayacaq. Küçə etirazlarına gəldikdə isə, o, teatral şəkildə yalvarır: "Xahiş edirəm, hamını əzmək üçün mənə bir səbəb verin". Bu, qeyri-səmimidir; onun səbəbə ehtiyacı yoxdur: o, istədiyini edəcək”.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “Vzqlyad” nəşri yazır.
Ermənistandakı son parlament seçkilərinə dair təhlil yazıda bildirilir ki, “bu mərhələdə NikolPaşinyana ona lazım olan tək şey bir neçə parlament səsidir, çünki Mərkəzi Seçki Komissiyasının bütün saymalarına və hökumətin lehinə "düzəlişlərə" baxmayaraq, onun partiyası konstitusiya çoxluğuna çatmayıb”. “Çox güman ki, hazırkı qorxutma kampaniyası məhz müxalifət deputatları arasından qaçanların sayını artırmağa yönəlib. O, öz hakimiyyətini inqilab, rəqiblərini isə hər nəyin bahasına olursa olsun dayandırılmalı olan əks-inqilab adlandırır. Paşinyan və Saakaşvili arasında bəzi fərqlər var, lakin hər ikisi demokratiya adı altında və NATO-nun dəstəyi ilə sərt, hətta qəddar rejimləri tez və nümayişkaranə şəkildə qurmaqda ustadırlar.
Müxalifətin repressiyası, seçkilərin son dərəcə şübhəli nəticələri və Paşinyanın kütləvi təmizləmə təhdidləri diktaturanın bayağı əlamətləridir. Bu o deməkdir ki, obyektiv baxımdan Ermənistan getdikcə diktaturaya çevrilir. Ermənistan və Paşinyanla gələcək münasibətlər bu əsasda qurulmalıdır” deyə, məqalədə bildirilir.
Ermənistan Statistika Komitəsinin məlumatlarına əsaslanan TASS isə Paşinyanın hakimiyyətə gəlməsindən sonra dövlət borcunun artmasına diqqət çıkib. Rusiyanın rəsmi dövlət agentliyi TASS bildirir ki, Ermənistanın dövlət borcu 2018-ci ilin may ayından, Nikol Paşinyan baş nazir olduqdan bəri 110,6% artıb. Ermənistanın sosial-iqtisadi vəziyyəti ilə bağlı 30 aprel 2018-ci il tarixinə olan məlumata görə, Ermənistanın dövlət borcu 6,87 milyard dollar, 30 aprel 2026-cı il tarixinə isə 14,46 milyard dollar təşkil edib. Ən yüksək həddi 2026-cı ilin fevral ayında qeydə alınıb, dövlət borcu 14,78 milyard dollara çatıb ki, bu da Paşinyanın baş nazirliyinin əvvəlindən 115,2% artım deməkdir. Bundan əlavə, 2025-ci ilin dekabr ayından etibarən Ermənistan hökuməti dövlət borcunun hesablanması metodunu dəyişdirib və daxili və xarici hökumət öhdəliklərini, eləcə də Mərkəzi Bankın borcunu əhatə etmir. TASS hesablamaları bu dəyişiklikləri nəzərə alır: hesablamaya həm öhdəliklər, həm də Mərkəzi Bankın borcu daxil edilib. Səkkiz il ərzində daxili borcda kəskin artım müşahidə olunub və 1,26 milyard dollardan 7,15 milyard dollara və ya 467,1%-ə yüksəlib. Eyni dövrdə xarici borc 5,49 milyard dollardan 6,68 milyard dollara və ya 21,6%-ə yüksəlib. İqtisadçılar xəbərdarlıq edirlər ki, xarici amillərin dayandırılması səbəbindən dram zəifləsə, borc yükü kəskin şəkildə artacaq, çünki xarici borcun artması ilə yanaşı, daxili borc da kəskin şəkildə artıb.
Statistika Komitəsinin məlumatına görə, 1 aprel 2026-cı il tarixinə Ermənistanın daimi əhalisi təxminən 3,1 milyon nəfər təşkil edib. Buna görə də, Ermənistanın hər bir sakininin hazırda təxminən 4665 dollar borcu var, halbuki 2018-ci ilin aprel ayına olan məlumata görə bu rəqəm 2312 dollar idi./TASS:
