Hazırda davam edən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri bəlli olub.
Referans Media xəbər verir ki, bu mərhələdə üz-üzə gələcək bütün komandaların adlarına 1/8 finalın son oyunundan sonra aydınlıq gəlib.
Beləliklə, 1/4-də aşağıdakı qarşılaşmalar keçiriləcək:
10 iyul
23:00. Fransa – Mərakeş
23:00. İspaniya – Belçika
12 iyul
01:00. Norveç – İngiltərə
05:00. Argentina– İsveçrə
1/4 final mərhələsinin ilk oyunu iyulun 9-da Fransa və Mərakeş yığmaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi, tarixdə ilk dəfə 48 komandanın qatıldığı mundial iyulun 19-da başa çatacaq.
