Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonasında oktyabr ayı üzrə son seçmə oyunlar keçiriləcək.
Referans.az xəbər verir ki, son oyun günündə də 8 qarşılaşma baş tutacaq.
E qrupunda Türkiyə millisi Gürcüstanı, İspaniya isə Bolqarıstanı qəbul edəcək.
F qrupunda Portuqaliya Macarıstanın qonaq edəcək. Qələbə qazanacağı təqdirdə Kriştiano Ronaldonun kapitanı olduğu komanda mundiala vəsiqə qazana bilər.
İ qrupunda İtaliya İsraili sınağa çəkəcək K qrupunda İngiltərə Latviyanın qonağı olacaq.
DÇ-2026, Avropa zonası14 oktyabrE qrupu22:45 Türkiyə – Gürcüstan22:45 İspaniya – BolqarıstanXal durumu: İspaniya 9, Türkiyə 6, Gürcüstan 3, Bolqarıstan 0.
F qrupu22:45 İrlandiya – Ermənistan22:45 Portuqaliya – MacarıstanXal durumu: Portuqaliya 9, Macarıstan 4, Ermənistan 3, İrlandiya 1.
İ qrupu20:00 Estoniya – Moldova22:45 İtaliya – İsrailXal durumu: Norveç 18, İtaliya 12, İsrail 9, Estoniya 3, Moldova 0.
K qrupu22:45 Andorra – Serbiya22:45 Latviya – İngiltərəXal durumu: İngiltərə 15, Albaniya 11, Serbiya 7, Latviya 5, Andorra 1.
