Dəhşətli zəlzələdən sonra 100-ə yaxın afterşok qeydə alındıbackend

Dəhşətli zəlzələdən sonra 100-ə yaxın afterşok qeydə alındı

  Kamçatkada baş verən güclü zəlzələdən sonra maqnitudası 5 və daha yüksək olan 100-ə yaxın afterşok qeydə alınıb.

Referans xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka filialına istinadən məlumat yayıb.

Məlumata görə, orta hesabla təxminən hər 10 dəqiqədən bir yeni təkanlar baş verir.

Xatırladaq ki, Kamçatka yarımadasında baş verən 8,8 bal gücündə zəlzələdən sonra Sakit okeanda sunami təhlükəsi elan edilib. Rusiya, ABŞ və Yaponiya sahillərində təxliyələr başlayıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki