image-1470377backend

Demokratlar Pentaqon rəhbərinin impiçmentini irəli sürə bilər

ABŞ Konqresinin üzvü, Arizona ştatından demokrat Yassamin Ansari Pentaqon rəhbəri Pete Heqset barəsində impiçment prosedurunun başladılması üçün təşəbbüs irəli sürməyi planlaşdırır.

Referans Media xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Məlumata görə, bu addım Heqsetin ABŞ-ın İranda həyata keçirdiyi hərbi əməliyyatlara nəzarətdəki rolu ilə bağlı ola bilər. Sorğulara əsasən, Heqset hazırda ABŞ administrasiyasının ən az populyar üzvlərindən biri hesab olunur. Yaxın Şərqdəki münaqişənin artan xərcləri də onun imicinə mənfi təsir göstərir.

Xəbərdə qeyd olunur ki, ABŞ-ın baş prokuroru Pam Bondi və Daxili Təhlükəsizlik naziri Kristi Noemnin istefasından sonra Heqset Demokratların “növbəti əsas hədəfi” ola bilər.

Yassamin Ansari bildirib ki, impiçment təşəbbüsünün səbəbləri arasında Heqsetin “dəfələrlə vəzifə andını və Konstitusiyaya olan öhdəliklərini pozması” da yer alır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki