Bakı metrosunun “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt istismara verilib.
Referans Media xəbər verir ki, deponun ilk xətti üzrə qatarın qəbulu prosesi başlanıb.
Qeyd edək ki, depo tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas tikinti işlərinə 2025-ci ilin aprel ayından başlanılıb./Publika.az/
