DİQQƏT! Avtomobili idarə edən siz olmasanız da, buna görə CƏRİMƏ ÖDƏYƏCƏKSİNİZbackend

DİQQƏT! Avtomobili idarə edən siz olmasanız da, buna görə CƏRİMƏ ÖDƏYƏCƏKSİNİZ

Azərbaycanda
sürücülərin ən çox cərimə olunma səbəblərindən biri də təhlükəsizlik kəmərindən
istifadə etməmələridir. Bununla yanaşı çox vaxt sərnişinlərin təhlükəsizlik kəməri
taxmaması ilə bağlı da mübahisələr yaranır. 

 

Bəs təhlükəsizlik
kəməri taxmayan sərnişin də DYP əməkdaşları tərəfindən cərimə oluna bilərmi?

 

Baş DYP İdarəsinin
inspektoru, polis baş leytenantı Elvin Hacıyev Referans
-a
açıqlamasında bildirib ki, təhlükəsizlik istifadə etməyən sürücü və sərnişinlərə
Azərbaycan qanunvericiliyi ilə cərimə tətbiq olunur.

 

“Baş
Dövlət Yol Polis İdarəsi tərəfindən sürücülərə daimi olaraq müraciətimizi
bildiririk ki, nəqliyyat vasitəsindən istifadə zamanı mütləq şəkildə təhlükəsizlik
kəmərindən istifadə olunsun. Bu, baş verəcək hər hansısa yol-nəqliyyat hadisəsi
zamanı xəsarətin, eləcə də həyatını itirməyin qarşısını alır. Əgər sürücü təhlükəsizlik
kəmərindən istifadə etmirsə, bu, kameralar tərəfindən aşkarlandığı zaman
İnzibati Xətalar Məcəlləsinə əsasən, 40 manat məbləğində cərimə tətbiq olunur.
Sərnişin təhlükəsizlik kəmərindən istifadə etmədikdə isə bu, kamera vasitəsilə
deyil, sadəcə inspektor tərəfindən vizual aşkarlanma ilə müəyyən olunur. Əgər
sürücünün yanında əyləşən sərnişin təhlükəsizlik kəmərini taxmırsa, yol patrul
xidməti əməkdaşı tərəfindən 30 manat məbləğində cərimələnir. Burada əsas məsələ
sürücülərin cərimə olunması deyil, sürücülərin maarifləndirilməsi, xəbərdar
olunması məqsədilə də biz bunu hər zaman bildiririk”.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki