image-usaq-yenibackend

Doğum evində infeksiya faciəsi: 9 körpə həyatını itirdi

Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərində yerləşən doğum evində baş verən infeksiya hadisəsi nəticəsində 9 körpənin həyatını itirdiyi bildirilib.

Referans Medianın Məlumata görə, Kemerovo Vilayətinin Səhiyyə Nazirliyi Novokuznetskdəki doğum evində 1 dekabr – 11 yanvar tarixləri arasında dünyaya gələn 17 körpənin səhhətinin ağır olduğunu açıqlayıb. Körpələrdə infeksiya aşkarlanıb və onlardan 9-u bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Hadisədən sonra doğum evinin fəaliyyəti gigiyenik və epidemioloji vəziyyətlə əlaqədar müvəqqəti olaraq dayandırılıb, tibb müəssisəsində yoxlamalara başlanılıb.

Rusiya İstintaq Komitəsi isə faktla bağlı araşdırma aparıldığını və hadisənin bütün detallarının müəyyənləşdiriləcəyini açıqlayıb

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki