image-diyarbakir-da-nadir-gorulen-ozofagus-atrezisi-ile-dogan-bebek-basariyla-ameliyat-edildi-19763396_7266_ampbackend

Dünyada nadir xəstəlik: Yemək borusu bağlı doğulan körpə həyata qaytarıldı – VİDEO

Diyarbakır şəhərində nadir rast gəlinən anadangəlmə xəstəliklə doğulan körpə uğurlu əməliyyat nəticəsində həyata qaytarılıb. Yemək borusu bağlı şəkildə dünyaya gələn körpə vaxtında qoyulan diaqnoz və təcili cərrahi müdaxilə sayəsində sağlamlığına qovuşub.

Referans Media xəbər verir ki, Uşaq cərrahı Taner Kamacı bildirib ki, körpə tibbdə qida borusu atreziyası adlandırılan anadangəlmə qüsurla dünyaya gəlib. Bu xəstəlik təxminən 5 min doğuşdan birində müşahidə olunur.

Həkimin sözlərinə görə, bu vəziyyətdə yemək borusunun iki ucu bir-birinə birləşmir. Ən çox rast gəlinən forması isə yemək borusunun yuxarı hissəsinin bağlı olması, aşağı hissəsinin isə nəfəs borusuna açılmasıdır.

Müayinə zamanı körpənin mədəsinə yerləşdirilən borunun irəliləmədiyi və körpənin tüpürcəyi uda bilmədiyi müəyyən edilib. Aparılan rentgen müayinəsi nəticəsində yemək borusunun doğuşdan bağlı olduğu aşkarlanıb.

Həkimlər əməliyyat zamanı nəfəs borusuna açılan alt hissəni ayıraraq yemək borusunun iki ucunu birləşdiriblər.

Təxminən 4 saat davam edən cərrahi əməliyyatdan sonra körpə reanimasiya şöbəsinə yerləşdirilib. Bir aya yaxın davam edən intensiv müalicə və müşahidə prosesindən sonra körpə ağızdan qidalanacaq vəziyyətdə xəstəxanadan evə buraxılıb.

Körpənin anası Nazlıcan Çavdar bildirib ki, hamiləlik zamanı xəstəlikdən şübhələnilsə də, dölün mədəsinin normal görünməsi səbəbindən diaqnoz təsdiqlənməyib.

Onun sözlərinə görə, doğuşdan dərhal sonra körpədə nəfəs alma problemi yaranıb və həkimlər dərhal müdaxilə ediblər.

Ana bu prosesi belə xatırlayır: “Riskli əməliyyat idi və çox qorxurduq. Amma düzgün xəstəxana və vaxtında müdaxilə sayəsində körpəmiz indi sağlamdır.”

Hazırda körpənin vəziyyətinin yaxşı olduğu və müayinələrdə heç bir problem aşkar edilmədiyi bildirilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki