Dünyanın ən böyük bankından şok proqnoz: Neftin qiyməti 150 dolları ÖTƏCƏK?

Qlobal enerji bazarlarında artan geosiyasi gərginlik fonunda neft qiymətləri ilə bağlı yeni proqnoz açıqlanıb. Dünyanın ən böyük banklarından biri olan “JPMorgan” neft bazarında ciddi bahalaşma riskinin yarandığını bildirib.

Referans Media xəbər verir ki,  Bankın yayımladığı investor hesabatında qeyd olunur ki, yaxın müddətdə neftin bir barelinin qiyməti 120–130 dollar aralığına yüksələ bilər. Analitiklər xüsusilə Yaxın Şərqdəki gərginlik və tədarük marşrutlarında mümkün risklərin bazara təsir etdiyini vurğulayırlar.

Hesabatda dünyanın ən mühüm enerji marşrutlarından biri sayılan Hörmüz Boğazı üzərində mümkün tədarük fasilələrinin qiymətləri daha da yüksəldə biləcəyi qeyd olunub. Bank xəbərdarlıq edir ki, əgər bu bölgədə neft axını ciddi şəkildə pozularsa, qiymətlər 150 dolları keçə bilər.

Bununla yanaşı, “JPMorgan” əsas ssenari kimi tərəflər arasında danışıqların baş tutacağını və vəziyyətin qismən sabitləşəcəyini nəzərdə tutur. Bu halda neft qiymətlərinin ilin ikinci rübü ərzində 100 dolların üzərində qalacağı, lakin daha sonra müəyyən qədər geriləyə biləcəyi ehtimal edilir.

Analitiklərin fikrincə, Hörmüz boğazında tədarükün bərpası və qlobal neft ehtiyatlarının artması halında ilin ikinci yarısında bazarda qiymət korreksiyası baş verə bilər.

Bankın hesabatında vurğulanır ki, neft qiymətlərinin uzun müddət yüksək səviyyədə qalması dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər. Analitiklər bildirir ki, yüksək enerji qiymətləri istehlakı azaldaraq qlobal iqtisadi yavaşlama və resessiya riskini artırır.

Son aylarda Yaxın Şərqdə artan hərbi gərginlik fonunda enerji bazarlarında qeyri-müəyyənlik güclənib və bu da investorların diqqətini neft qiymətlərinin gələcək istiqamətinə yönəldib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki