İran hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İranın ticarət gəmisinə endirdiyi zərbəni “cavabsız qoymayacaq”.
Bu barədə İran Məclisinin (parlamentinin) vitse-spikeri Əli Nikzad bəyanat verib.
“Ölkəmizə və ərazimizə qarşı təcavüzün həyata keçirildiyi istənilən nöqtə, şübhəsiz ki, silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək və Ukrayna hökumətinin uzaqgörən olmayan addımları cavabsız qalmayacaq”, - deyə Fars agentliyi onun sözlərindən sitat gətirir.
Parlamenti təmsil edən rəsmi şəxs eyni zamanda Kiyevə və onun müttəfiqlərinə xəbərdarlıq edərək, Birləşmiş Ştatların hərbi fəaliyyətlərinə dəstək verməkdən çəkinməyə çağırıb.
Nikzad Ukrayna ilə yanaşı, Böyük Britaniya və Bolqarıstanı da ABŞ-ın hərbi addımlarını müdafiə etməkdən çəkinməyə çağırıb./Musavat.com
