Kolumbiyanın Kauka əyalətində hökumət qüvvələri ilə silahlı üsyançılar arasında şiddətli döyüşlər başlayıb.
Referans Media xəbər verir ki, toqquşmalar Kolumbiya hökumətinə qarşı fəaliyyət göstərən FARC təşkilatının parçalanmış qruplaşmalarından biri ilə baş verir.
Üsyançıların müqavimətini qırmaq məqsədilə Kolumbiya ordusu əməliyyata “Black Hawk” hərbi helikopterlərini də cəlb edib. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və əməliyyatlar davam edir.
Hələlik toqquşmalar nəticəsində ölən və yaralananların sayı barədə rəsmi məlumat açıqlanmayıb. Hadisə ilə bağlı əməliyyatların gedişi diqqətlə izlənilir./Globalinfo.az
