ABŞ prezidenti Donald Tramp İran hakimiyyəti bu həftə hökumət əleyhinə etirazçıları edam etməyə başlayarsa, çox sərt tədbirlər görəcəyinə söz verib.
Referans Media xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
“Əgər onlar belə bir şey etsələr, biz də çox sərt tədbirlər görəcəyik”, – Tramp bildirib.
ABŞ lideri iki həftədən çox davam edən nümayişlər zamanı çox sayda insanın öldüyünü xatırladıb.
Qeyd edək ki, çərşənbə axşamı ABŞ prezidenti sosial mediada İran rəsmilərinin hər hansı bir zorakılığa görə ağır bədəl ödəyəcəkləri barədə xəbərdarlıq etmiş və İran vətəndaşlarına “kömək yoldadır” deyə söz vermişdi. O bildirib ki, qətllər dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv edəcək.























