Ehtiyatda olan zabit dəm qazından öldü

Qazax rayonunda 49 yaşlı kişi dəm qazından zəhərlənərək vəfat edib.

Referans Media Metbuat.az-a istinadla xəbər verir ki, vəfat edən şəxs 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov ehtiyatda olan zabit olub.

Hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki