Ukrayna müharibəsi bitir? - ABŞ rəsmisindən gözlənilməz etiraf

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts Ukrayna müharibəsinə dair diqqət çəkən açıqlamalar verib.

Referans Media xəbər verir ki, o, "Fox News"un efirində çıxışı zamanı Ukrayna münaqişəsinin diplomatik yolla həll olunmasını bildirib.

"Çünki bu münaqişənin hərbi həll yolu yoxdur!", - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi deyib.

O belə hesab edir ki, hazırda münaqişə də tərəf kimi mübarizə aparan ölkələr artıq hərbi əməliyyatlar, döyüşlərdən bir növ yorulublar: "Məhz bu səbəbdən münaqişənin davam etməsinin heç bir perspektivi yoxdur".

Mayk Valts onu da bildirib ki, hazırda bütün dünyanın da bitməsini arzuladığı bu dəhşətli müharibəni hərbi yolla qazanmaq olmaz.

"Müharibə yalnız diplomatik yolla həll olunmalıdır",- ABŞ rəsmisi bildirib.

Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp dmeişdi ki, amerikalılar Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq üçün ciddi danışıqlar aparırlar. O qeyd edib ki, Ağ Ev rəsmiləri danışıqlar prosesinə mane ola biləcək addımlar atmaq istəmirlər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki