Bakıda meyiti tapılan şəxs məşhur şəxsin oğludur - FOTO

Paytaxtın Yasamal rayonunda evdən meyit tapılıb.

Referans Media-nın məlumatına görə, hadisə İnşaatçılar prospektində yerləşən mənzillərin birində baş verib.

Ölən şəxsin 1960-cı il təvəllüdlü Elşad Rüstəmov olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Bildirilib ki, meyiti tapılan şəxs Xalq rəssamı Cahangir Rüstəmovun oğludur.

O, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, C.Rüstəmovun 2 oğlu var. Onun böyük oğlu Eldar Rüstəmov texniki elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır./Qafqazinfo/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki