Abortdan sonra ölən qadınla bağlı ağrılı fakt

Dünən Şəmkirdə 35 yaşlı qadının ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları üzə çıxıb.

Referans Media bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəmkir şəhər sakini olan 1991-ci il təvəllüdlü Yeganə Əhmədovanın abort üçün ilkin olaraq “Şans” tibb mərkəzinə müraciət etdiyi məlum olub.

Belə ki, Gəncədəki klinikanın Şəmkirdəki filialına müraciət edən qadının dünən saat 14 radələrində səhhəti qəfil kəskinləşib. Onun özəl tibb müəssisəsindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılmasına qərar verilib. Lakin Y.Əhmədova xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qeyd edək ki, bu, qadının 3-cü hamiləliyi olub, onun iki azyaşlı övladı qalıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki