Ağdama həsr olunan klip yayımlandı - Video

Ağdam, Füzuli ve Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam Şəhəri Gününə həsr olunan klip yayımlanıb.

Bu barədə Referans Media-ya  Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, illər boyu Ağdamdan uzaqda olsalar da, milli musiqimizin görkəmli sənətkarları öz ifaları ilə Ağdam üçün oxuyub, Ağdamın adını, ruhunu, musiqi ənənələrini yaşadıblar.

"Bu dəfə isə səslər doğma ünvana qayıtdı. Sənətkarlarımız yenidən Ağdamda, elə Ağdam üçün oxudular!

Ağdam Şəhəri Günü ilə bağlı "Ağdam üçün oxu" layihəsi çərçivəsində səslənən hər ifa doğma şəhərə sevginin, bağlılığın və qayıdışın musiqili ifadəsinə çevrildi.

Bu gün Ağdam yenidən qurulur, öz ruhuna, səsinə, musiqisinə qovuşur.

Əməyi keçən hər kəsə təşəkkür edirik!" - məlumatda deyilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki