Qazaxda yerli sakin bıçaq xəsarəti alıb.
Referans Media xəbər verir ki, Qazax rayon sakini, N.Mustafayev bıçaq xəsarəti ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.
Hadisənin baş vermə səbəbləri hələ məlum deyil.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır. (Oxu.az)
